Kriminal

Qubada oğurluqlar edən şəxs saxlanılıb - FOTO

14 İyul 2021 10:09
0 Şərh     Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində və ətraf rayonlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini Namiq Əliyevin olduğuna əsaslı şübhələr yaranıb. Aparılan araşdırmalarla onun Quba rayonuna gələrək bir sıra qəsəbə və kəndlərin ərazilərindəki yaşayış evlərindən qızıl-zinət əşyaları, telefonlar, televizor, su nasosu, elektrik sayğacı və s oğurladığı müəyyən edilib.

Onun digər cinayətlərdə iştirakının müəyyən edilməsi ilə bağlı Quba Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.