Kriminal

Qayınanası və qayınatasını öldürdü - Xaçmazdakı qətlin TƏFƏRRÜATI

20 May 2021 09:31
Baxış: 1 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmazda qayınatasını və qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il rayonun Ləcət kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasına atəş açıb.

1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

R.Osmanov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.