Bitki çaylarının təbii olması tamamilə təhlükəsiz olduğu mənasına gəlmir.
Milli.Az xəbər verir ki, oyuqdəymə və qrip hallarının artdığı payız-qış aylarında immun sistemini dəstəkləmək məqsədilə bitki çaylarına maraq xeyli artır. Lakin, Dietoloq Ege Ramadanoğlu Turan xəbərdarlıq edir: "Bir çox insan bitki çaylarının təbii olduğu üçün tamamilə zərərsiz olduğunu düşünür, amma yanlış istifadə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər."
Həddindən artıq istehlak allergik reaksiyalarla yanaşı, mədə problemlərinə və ən əsası böyrək-qaraciyəri yüklənməsinə səbəb ola bilər.
Sinameki (səna) bitkisinin uzun müddət istifadəsi bağırsaq tənbəlliyinə yol aça bilər.
Bəzi bitkilər yüksək miqdarda qəbul edildikdə ürək ritmi və qan təzyiqi üzərində mənfi təsirlərə səbəb ola bilər.
Dyt. Turan xüsusilə dərman istifadə edən şəxsləri xəbərdar edir: "Bəzi bitki çayları dərmanlarla ciddi qarşılıqlı təsirlərə (interaksiyaya) girə bilər. Məsələn, qan durulducu dərmanlarla zəncəfil və ya censenq kimi bitkilərin eyni vaxtda istifadəsi risklidir."
Hamilələr və Əmizdirən Analar: Mütləq həkimlə məsləhətləşin. Adaçayı (səlcə) və ya sinameki kimi bəzi çaylar bu dövrlərdə ciddi risk yarada bilər.
Uşaqlara yalnız çobanyastığı, cökə və itburnu kimi yüngül çaylar, həkim tövsiyəsi ilə və 2 yaşdan sonra istifadə edilməlidir.
Sağlam fərdlər üçün təhlükəsiz edilən miqdar: Gündə 1-2 fincan.
İmmuniteti dəstəkləmək üçün qışda, xüsusilə soyuqdəymə zamanı gündə 2-3 fincanadək içmək olar.
Bitkiləri qaynatmaq olmaz. Bu, toksik maddələrin əmələ gəlməsinə və aktiv maddələrin pozulmasına yol açır.
Qaynar suyu bitkinin üzərinə tökün və ortalama 5-8 dəqiqə dəmləyin.
Fərqli bitkiləri eyni anda qarışdırmaqdansa, ayrı-ayrı içmək daha faydalıdır. Bu, orqanizmin hansı bitkiyə necə reaksiya verdiyini anlamağa kömək edir.
Dyt. Turan hazır paket çayların riski haqqında: "Paketlərin isti su ilə təması nəticəsində mikroplastiklər açıla bilər. Bəzi məhsullarda pestisid qalıqları da tapıla bilər. Daha çox təbii və yarpaq formasında olan çaylara üstünlük verin."
Dietoloq Turan, bitki çayları ilə bağlı ən böyük səhvləri belə sıralayır:
"Təbii olan zərərsizdir."
"Nə qədər çox içilsə, o qədər faydalıdır."
"Hər xəstəliyə kömək edir."
"Dərmanlarla birlikdə içilə bilər."
Lalə Qüdrətova
Milli.Az