Azərbaycanda təhlükə yaradan zavod bağlandı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən "Azerbaijan Refinery Company" QSC-nin təkər emalı zavodunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.
Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyektdə yanğın su hovuzu və yanğın su hidrantları mövcud deyil, həmçinin daxili yanğın kranları quraşdırılmayıb;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb;
- istehsalat və inzibati bina istilik və havalandırma (ventilyasiya) sistemləri ilə təmin edilməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam komplektləşdirilməyib;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib və siqaret çəkmək üçün xüsusi yerlər ayrılmayıb;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən "Azerbaijan Refinery Company" QSC-nin təkər emalı zavodunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
Qəzada yaralanan Tunar xəstəxanada öldü
-
Sabah çimərliklərə getmək istəyənlərin diqqətinə
-
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
-
Morgenştern yenə cərimələndi
-
Hacıqabulda 19 yaşlı qız avtomobildə öldürüldü
-
Bu “Ferrari” 40 milyon dollara alıcı tapdı
-
Vüsal Nəsirli özünə müşavir təyin etdi - (Foto)
-
Azərbaycan CNN-i məhkəməyə verdi
-
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
-
Demi Moor qızının toyundan ilk görüntüləri paylaşdı - (Foto)
-
6 rayona xidmət göstərən xəstəxanada KT aparatı niyə işləmir? - Sorğuya cavab
-
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
-
“Qalatasaray”dan yeni transfer
-
Prezident təqaüdçüləri ailə qurur
-
ABŞ bu raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
-
Röyanın gündəm olan videosu: "Səni sevirəm..."
-
“Şərurlu İsfəndiyar”: 50 milyonu itirəndə heç təsir etmədi" - (Video)
-
İspaniya küçələri güclü zəlzələdən sonra - (Video)
-
“Metropark”da yanğın - (Video)
-
Dənizdə batıb ölən Seymur Allahverdiyevin klipindəki görüntülər müzakirə yaratdı – (Video)
-
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
-
Karlos müsəlman olub? - “Fənərbağça”nın keçmiş ulduzu ilə bağlı iddia - (Foto)
-
Canseverin xəstəxanadan son kadrları yayılıb - (Video)





