Mədəniyyət

Gənc musiqiçilərin iştirakı ilə “Gəncliyin Sədası” adlı klassik musiqi axşamı baş tutub - FOTO

21 Oktyabr 2025 23:00
Baxış: 193
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Dövlət Uşaq Filarmoniyasıda "Gəncliyin Sədası" adlı konsert proqramı baş tutdu. 

Konsertdə gənc ifaçılar İnci Həsənli (fortepiano), Surə Rüfət (violin), Cəlalə İsmayılzadənin (violonçel) ifasında tanınmış Azərbaycan eləcə də avropa bəstəkarlarının əsərləri səsləndi. Kifayət qədər təcrübə və biliyə malik gənc ifaçılar bir çox ölkələrdə, tanınmış beynəlxalq müsabiqə və konsertlərdə uğurla çıxış ediblər. Bu dəfə isə istedadlı gənclər, eyni zamanda Dövlət Uşaq Filarmoniyasının solistləri olan bu ifaçılar bu dəfə Dövlət Uşaq Filarmoniyasının səhnəsində klassik musiqisevərləri sevindirdi. 

Proqramda qeyd olunan əsərlərin hər biri virtuoz ifa bacarığı və dərin emosional duyğuları ifadəsini tələb edən mürəkkəb musiqi nümunələri idi. Yaşlarının gənc olmasına baxmayaraq iştirakçılar bu mürəkkəb əsərləri böyük peşəkarlıqla səsləndirərək tamaşaçıların rəğbətini qazandılar. 

Azərbaycan Dövlət Uşaq Filarmoniyası istedadlı uşaqlara klassik musiqi dünyasında öz bacarıqlarını nümayiş etdirmək və inkişaf etdirmək üçün yeni imkanlar yaratmağa davam edir. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.