Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qarabağ bölgəsində "Mədəniyyət rüzgarı" adlı silsilə tədbirlərə başlanılıb.
MEMİM-in "Sənətkarın dostu" layihəsi üzrə Xankəndi şəhər Qarabağ Universitetinin İncəsənət fakültəsində Əməkdar incəsənət xadimi, ustad xanəndə, pedaqoq Aqil Məlikovla görüş keçirilib.
Fakültənin dekanı bəstəkar Türkər Qasımzadə çıxış edərək layihənin təşkilinə görə təşəkkürünü bildirib, bu kimi maarifləndirici layihələrin müəllim və tələbələr üçün önəmini vurğulayıb.
MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxışında dövlətimiz tərəfindən sürətlə dirçəldilən Qarabağın mədəni həyatında MEMİM-in də müəyyən qədər payının olmasından məmnunluğunu dilə gətirib, layihənin qonağı Aqil Məlikova dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib.
Sonra görüş MEMİM-in əməkdaşı Ləman Eyyubovanın moderatorluğu ilə davam edib.
Aqil Məlikov Azərbaycan klassik xanəndəlik məktəbləri, müxtəlif muğam və dəstgahlarda qəzəllərin ifa üçün düzgün seçilməsi, gənc ifaçıların həm ixtisas, həm də nəzəri baxımdan maarifləndirilməsi kimi məsələlərdən söz açıb.
İnteraktiv formatlı görüşdə İncəsənət fakültəsinin müəllimləri - tarda Bəhruz Zeynalovun, kamançada Fərid Babayevin, nağarada tələbə İlqar Süleymanlının müşayiəti ilə bu fakültədə təhsil alan Xədicə İsmayılova "Mahur-hindi", İsmayıl İsmayılov isə "Rahab" muğamlarını səsləndiriblər.
İncəsənət fakültəsinin müəllimlərindən Əməkdar artistlər Səbuhi İbayev, Fehruz Məmmədov (Səxavət) və Ehtiram Hüseynov, həmçinin xanəndə Səbinə Ərəbli bir-birindən maraqlı ifaları ilə tədbirə rəng qatıblar.
Sonda Aqil Məlikov auditoriyanı maraqlandıran sualları cavablandırıb.
Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi görüş maraqla qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
“Sənətkarın dostu” layihəsi çərçivəsində Qarabağ Universitetində ustad xanəndə ilə görüş keçirilib - FOTO
21 Oktyabr 2025 23:45
Baxış: 1 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ilk dəfə Paqanini gecəsi keçiriləcək - VIDEO
-
Xalq Çalğı Alətləri Orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO
-
Qastrol proqramı çərçivəsində Gəncədə simfonik orkestrin konserti keçirilib - FOTO
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” keçiriləcək
-
Əfsanəvi Elnur Məmmədov öldü - FOTOlar
-
“Elə vəziyyətdəyəm ki, onun qəbrini də ziyarət edə bilmirəm” - “Dəli Kür”ün Mələyi
XƏBƏR LENTİ
-
Qara dənizdə təhlükəli anlar: 140 min tonluq tanker vuruldu
-
Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK
-
Hansı bürc harada aşiq olacaq? - Astroloji proqnoz
-
100 qramdan ağır qızılın ixracı MƏHDUDLAŞDIRILDI
-
Sızdırılan açıqlamalar istefaya səbəb oldu
-
USB yaddaş kartı istifadə edənlər bu səhvi edir
-
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
-
Ramazandan sonra necə qidalanmaq lazımdır?
-
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
-
Dünyanın ən yaşlı kişisi tapıldı: siqaret çəkir, kofe içir
-
13-cü əməliyyatdan sonra burnunu paylaşdı
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
Tiktoker Kübra öldü - FOTO
-
Egey dənizində güclü zəlzələ oldu
-
Millimiz Litvaya böyük hesabla uduzdu
-
"İran Xarq adasında ABŞ-yə qarşı əməliyyata hazırlaşır"
-
“Səndə o ürək var ki, nəyisə bölüşəsən?!” - Səidədən Zaura
-
D vitamininin ziyanı üzə çıxdı
-
İsmayıllıda 6 otaqlı ev yanıb
-
"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"
-
Günün qoroskopu: Yaradıcılığınızın zirvəsində olacaqsınız
-
Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir
-
Yanğınsöndürəndən xəbərdarlıq: Evində "airfryer" olanlar diqqətli olsun
-
Əraqçi: Hörmüzdən bu ölkələrin keçidinə icazə vermişik





