Kriminal

Göygöldə gecəyarısı dəhşətli qətl: Mühafizəçi qadının boğazını kəsdi - Təfərrüat

26 İyun 2020 20:17
Baxış: 4 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöl rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Orxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə iclası başlanacaq.

İttihama görə, ötən il sentyabrın 8-dəGöygöl rayonunun Üçtəpə kəndində təqribən yaşı 30 yaşlı Günay Cəlilili yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Gunay Cəlili Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən Orxan Məmmədov da həmin bankda mühafizəçi işləyib. Qadının iki övladı qalıb.

Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və ovladları (bir oğlu və qızı -red) ilə birlikdə Üçtəpə kəndindəki ər evində (yarıtikili -red) yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir.

Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.

İstintaq orqanı tərəfindən Orxan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Cinayət Məcəlləsini 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.