Kriminal

Bakıda 31 yaşlı kişi küçədə bıçaqlandı

25 Aprel 2020 10:39
0 Şərh     Baxış: 1 486
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı sakini tanışını bıçaqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda baş verib.

Həmin ərazidə yaşayan, 1988-ci il təvəllüdlü Sabir Məmmədov tanışı 1989-cu il təvəllüdlü Elşən İbrahimovla mübahisə edib. Mübahisə davaya çevrilib və S.Məmmədov E.İbrahimovu bıçaqlayıb. Yaralı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.