Kriminal

Avtoritet "Qoca"nın qardaşı tutuldu - FOTO

20 Yanvar 2020 15:32
2 Şərh     Baxış: 3 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən, Hacıqabul RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 53 yaşlı Azad Məmmədov saxlanılıb.

A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança, ona məxsus iki ədəd patron, ümumi çəki 41, 278 qram narkotik vasitə tiryək və iki kibrit qutusunda ümumi çəkisi 11,69 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd plastik qabda ümumi çəkisi 275 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Qeyd edək ki, A.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zaman konvoy mühafizəsi altından qaçmış, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərəsizləşdirilən Etibar Məmmədovun ("Qoca" ləqəbli) qardaşıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.