Bakıda qadını doğrayıb, bədəninin hissələrini zibil qabına yığdılar - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
13:59
Bakıda doğranmış qadın meyiti tapılıb.
Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır.
Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
----------
13:38
Bakı sakinləri bu gün səhər dəhşətli mənzərə ilə üzləşiblər. Onlar zibil qutusunda hissələrə parçalanmış qadın cəsədi aşkarlayıblar.
Qadının parçalanmış cəsədi bu gün səhər Bakının Binəqədi rayonu ərazisindəki 8-ci mikrorayonda tapılıb. Milli.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlum olub ki, sellafon torbaya yığılmış qadın bədəninin hissələri bu gün səhər saat 08:00 radələrində zibil qutusunda aşkarlanıb. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir, rayonun polis və prokurorluq orqanlarının nümayəndələri ora toplaşıb.
İlkin məlumatlara görə, qadın 30-40 yaşlarındadır. Hazırda hüquq mühafizəçiləri qadının şəxsiyyətini araşdırmaqla məşğuldur. Ehtimala görə, qadın mənzillərin birində öldürülüb. Qatil şübhə doğurmamaq üçün meyiti hissələrə ayıraraq torbalara yığıb və zibil qutusuna atıb.
Xatırladaq ki, 2013-cü ilin martında Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinin ərazisində qara sellafon torbada qətlə yetirilmiş qızın cəsədinin qalıqları tapılmışdı. O vaxt hissələrə parçalanmış cəsəd zibillikdə aşkarlanmışdı.
Yeri gəlmişkən, üstündən beş il keçməsinə baxmayaraq, həmin cinayətin üstü açılmayıb. Hətta cinayətin qurbanının da şəxsiyyəti müəyyənləşməyib.
Sonuncu qətl hadisəsinə gəlincə, polisin ehtimalına görə, qadın qısqanclıq zəminində öldürülüb.
----------
10:25
Bakının Binəqədi rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.
Milli.Az-a daxil olan məlumata görə, orta yaşlarında kişi rayonun 8-ci mikrorayonunda yerləşən "16 mərtəbələr" adlanan ərazisində amansızcasına qətlə yetirilib.
Kişinin doğranmış cəsədi sözügedən ərazidəki zibil qutusunun içindən tapılıb.
Binəqədi RPİ və DİN-lə əlaqə saxlasaq da, bu barədə dəqiq cavab almaq mümkün olmayıb.
Xəbər dəqiqləşdirilir...
Məhəmməd Vaqif
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nənələrimizin mirası Bakı küçələrində - (Foto)
-
Hakan Fidan Bakıdadır - Yenilənib
-
“Navai” saxlanıldı
-
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - (Foto)
-
Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası
-
Vitali Kliçkonun çıxışı zamanı mikrofonunu söndürdülər - (Video)
-
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - (Foto)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - (Foto)
-
Erməni deputat Rusiyaya buraxılmadı
-
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - (Foto)
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Ankara və İrəvanın yeni məramları nədir?
-
Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır? – İctimai Birlik sədrindən açıqlama
-
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir - (Foto)
-
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib - (Foto)
-
Qırğızıstan Prezidenti Bakıdadır - (Foto)
-
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb - (Foto)
-
Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye





