Kriminal

Xaqocanın həbsi təsdiqləndi - O, kimin şikayəti ilə saxlanılıb? - RƏSMİ

4 May 2023 10:32
Baxış: 3 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

TikTok sosial şəbəkəsində "Xaqocan" ləqəbi ilə tanınan Xəqani Hüseynov həbs edilib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Manset.az-a bildirib ki, Xəqani Hüseynov barəsindəki şikayət əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən saxlanılıb: "Paytaxt sakini Azər Əmirov Xəqani Hüseynovun onu söyərək təhqir etməsi ilə bağlı polisə müraciət edib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb".

Qeyd edək ki, TikTok-da 883.3 min izləyicisi olan X. Hüseynov həmin platformada müxtəlif şəxslərə maddi yardım göstərməsini əks etdirən videolar paylaşmağı ilə tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.