Kriminal

Bakıda taksi sürücüsünə hədə-qorxu gəldi, telefon və pulunu ələ keçirdi

30 Dekabr 2022 09:07
Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda taksi sürücüsünə qarşı hədə-qorxu gəlinərək telefonu və pulu ələ keçirilib.

Milli.Az bildirir ki, hadisə dekbarın 27-də Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü İlyasov Elmir Saday oğlu polisə müraciət edərək saat 02 radələrində idarə etdiyi "Xəzər" markalı maşınla taksi fəaliyyəti ilə məşğul olan zaman "Uber" taksi şirkətinə daxil olmuş sifarişə əsasən, Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 9 ünvanına gətirdiyi tanımadığı şəxsin qeyd olunan ünvana gəldikdə onu döyərək dəyəri 1400 manat olan "Honor" markalı mobil telefonu və 65 manat pulunu alaraq hadisə yerindən uzaqlaşmasını bildirib.

Hadisə ilə bağlı E.İlyasov polis bölməsinə dəvət edilib, ərizə və izahatı alınarkən döyülmədiyini, bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi olmadığını, lakin həmin şəxsin ona hədə-qorxu gələrək mobil telefonunu və 65 manat pulunu götürüb getməsini deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.