Kriminal

Sumqayıtda 15 yaşlı oğlan bıçaqlandı, anası özünü binadan atdı

10 İyun 2022 13:45
3 Şərh     Baxış: 3 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərində 15 yaşlı oğlan bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə iyunun 8-i axşam saatlarında şəhərin 12-ci mikrorayon ərazisində yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Rzayev Ayxan Ramil oğlu şəxsi münasibətlər zəminində 2007-ci il təvəllüdlü Muxtarov Nihat Sənan oğlunun döş qəfəsinə bir bıçaq zərbəsi endib.

Şahidlərin verdiyi məlumata görə, hadisə zamanı N.Muxtarovun anası oğlunun bıçaqlandığını görərək özünü yaşadığı binanın ikinci mərtəbəsindən yerə atıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən A.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.