Ölkə

Anasını döydüyü üçün atasını bıçaqladı

10 Sentyabr 2021 10:26
0 Şərh     Baxış: 1 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazax rayonunda oğul atasını bıçaqlayıb.

Milli.Az xəbər verir ki, hadisə sentyabrın 9-u axşam saatlarında baş verib.

Rayon sakini, 1971-ci il təvəllüdlü Amil Qurbanova çoxsaylı bıçaq zərbəsi vurulub. Araşdırma zamanı məlum olub ki, A.Qurbanovu oğlu, 1999-cu il təvəllüdlü Xaqan Qurbanov bıçaqlayıb.

İlkin məlumata görə, A.Qurbanov sərxoş vəziyyətdə evə gəlib arvadını döyüb. Buna görə də mübahisəyə qoşulan oğlu anasını qorumaq istəyərkən atası ona da hücum edib. Nəticədə 22 yaşlı Xaqan atasını bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.