Ölkə

Azərbaycanda yoluxmaya görə bu qəsəbəyə giriş-çıxış bağlanıb? - DİN-dən AÇIQLAMA

17 Avqust 2021 11:19
0 Şərh     Baxış: 10 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11:19

Göyçay rayonunun Qaraməryəm kəndinə giriş-çıxışın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, yayılan məlumatlar yalandır: "Həmin kəndə giriş-çıxış bağlanmayıb, bu məlumat düzgün deyil".

Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Bilalov da məlumatları təkzib edib. O qeyd edib ki, nə Qaraməryəm kəndində, nə də rayonun digər ərazilərinə giriş-çıxış bağlanmayıb: "Qaraməryəm kəndində bir nəfərin koronavirus şübhəsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib və həmin şəxsdən də test götürülüb. Bundan başqa həmin kənddə heç bir fakt aşkarlanmayıb".

----------

10:38

Göyçay rayonunun Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Milli.Az bu barədə Baku.ws-ə istinadən məlumat verir.

Məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.

Bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.