11:19
Göyçay rayonunun Qaraməryəm kəndinə giriş-çıxışın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, yayılan məlumatlar yalandır: "Həmin kəndə giriş-çıxış bağlanmayıb, bu məlumat düzgün deyil".
Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Bilalov da məlumatları təkzib edib. O qeyd edib ki, nə Qaraməryəm kəndində, nə də rayonun digər ərazilərinə giriş-çıxış bağlanmayıb: "Qaraməryəm kəndində bir nəfərin koronavirus şübhəsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib və həmin şəxsdən də test götürülüb. Bundan başqa həmin kənddə heç bir fakt aşkarlanmayıb".
----------
10:38
Göyçay rayonunun Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Milli.Az bu barədə Baku.ws-ə istinadən məlumat verir.
Məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.
Bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq.
Milli.Az