Ölkə

Müddəti bitmiş bank kartları ilə bağlı məsələyə aydınlıq gətirildi

17 Avqust 2021 09:54
0 Şərh     Baxış: 3 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial ödənişlərə aid bank kartlarının müddətinin uzadılması, itirilmiş və ya yararsız hala düşmüş kartların yenisi ilə əvəz olunması həm Beynəlxalq Bank, həm də Kapital Bankın özləri tərəfindən həyata keçirilir.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, yeni təyin olunmuş sosial ödənişlərin alınması üçün bank kartlarının sifarişi isə (həm Beynəlxalq Bank, həm Kapital Bank üzrə) Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən edilir.

Beynəlxalq Bankın pandemiya dövründə müddəti bitmiş kartlarının müddəti həmin bank tərəfindən hər ay üçün sonrakı ay üzrə bir ay artırılır. Bankın filialları hazırda 2021-ci ilin may, iyun, iyul aylarında müddəti bitmiş kartların yenisi ilə əvəz olunmasını həyata keçirir.

Bu il üçün pandemiya dövründə Kapital Bankın sosial ödənişlərə aid olan, müddəti bitmiş kartlarının müddəti isə 31.12.2021 -ci il tarixinədək uzadılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.