Ölkə

Bakıda baş verən yanğın söndürülüb - YENİLƏNİB

15 Avqust 2021 11:51
0 Şərh     Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11:51

Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində, ağaclıq ərazidə təxminən 200 m² sahədə təkər tullantıları və qismən ağaclar yanıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

11:01

Bakıda yanğın baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində, ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 75 m² ərazidə təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.