Ölkə

Bakıda bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

26 Mart 2021 19:44
Baxış: 1 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

27 mart tarixində hava limanı yolu üzərində yerləşən Sabunçu yol qovşağının Zabrat qəsəbəsi istiqamətində düşən hissəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu üzdən sözügedən yol ötürücüsü üzərində hərəkət təmir aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşaraq qeyd edilən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti quraşdırılmış yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.