Ölkə

Azərbaycanda yüksək vəzifəli şəxs karantində qızına nişan etdiyi üçün cəzalandırıldı

25 Avqust 2020 18:07
Baxış: 4 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova qızı Mehparə Əzizovaya karantin zamanı nişan etdiyi üçün cəzalandırılıb.

Milli.Az bildirir ki, bu barədə Oxu.az-a Mətanət Misirxanova özü məlumat verib.

O qeyd edib ki, sözügedən məclis 23 may 2020-ci ildə keçirilib:

"Nişan mərasimi öz evimdə, yalnız ailə üzvlərimizin iştirakı ilə keçirilib. Məclisdə ailədən kənar heç kim olmayıb.

Nişanda qız və oğlan evi birgə 18 nəfər olub. Karantin qaydalarını pozduğuma görə haqqımda Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilib".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.