Ölkə

Bəhram Bağırzadənin səhhətində müəyyən yaxşılaşma var

26 İyun 2020 10:15
Baxış: 4 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəhram Bağırzadənin vəziyyətində ciddi dəyişiklik baş verməyib.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, Əməkdar artıstin vəziyyəti ağır olaraq qalır: "Bəhram Bağırzadə əvvəlki kimi süni ventilyasiya və ECMO aparatlarına qoşulu vəziyyətdədir. Lakin son günlər istər ağciyər toxumasının vəziyyətində, istərsə də laborator göstəricilərdə müəyyən yaxşılaşma qeyd edilir".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.