Ölkə

Azərbaycanda bu məmurlar maaşdan əlavə pul alacaqlar

25 İyun 2020 12:21
Baxış: 3 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclisin bu gün keçirilən iclasında "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qanuna əlavə olunması təklif edilən yeni hissəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.