Ölkə

1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub - FOTO

2 İyun 2020 18:57
Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə monitorinqlərı davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, iyunun 1-də keçirilmiş monitorinqlərdə Suraxanı rayonunda "Ballı market"də, "Adana dönər" ictimai iaşə obyektində, Binəqədi rayonunda "Senti" və Vaqif Hüseynova məxsus geyim mağazalarında, "X petrol" yanacaqdoldurma məntəqəsində, Sabunçu rayonunda "Döneretto" ictimai iaşə obyektində, Xəzər rayonunda "Yeni Bakı" kafesində, Xətai rayonunda "Hakara poliqrafiya" xidmət obyektində, Nizami rayonunda Şamil Cəlalzadəyə məxsus uşaq geyimləri mağazasında, Yasamal rayonunda "Köz dönər" və Zaur Xəlilova məxsus ictimai iaşə obyektlərində, Nəsimi rayonunda "Tana" MMC-yə məxsus uşaq geyimləri mağazasında, Abşeron rayonunda "Pizza Line" ictimai iaşə obyektində, Tahir Əliyev və Bəhruz Qasımova məxsus bərbərxanalarda, Qobustan rayonunda "Dokta" aptekində, Göygöl rayonunda "Helenendorf" otelində və "Oba market"də, Masallı rayonunda "44 Dönər Evi"ndə, "Hector" mağazasında, "Karal" oteldə, Zaqatala rayonunda "Kibel" parfümeriya mağazasında, "Meydan" kafesində, "Ekonom Univermaq"da, Ağdam rayonunda "Zeytun" aptekində, "İstanbul kafe"də, Siyəzən rayonunda "Sky Elektroniks", "Al Market", "Y.T Moda", "Çıraq Qala un və un məmulatları" mağazalarında və sair ticarət və xidmət obyektlərində ümumilikdə gün ərzində monitorinq aparılan 401 obyektin 191-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, mayın 22-dən iyunun 1-dək 2385 sahibkarlıq subyektində monitorinq keçirilib və 1141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.