Ölkə

Karantin dövründə ağackəsmə halları azalıb

21 May 2020 19:19
0 Şərh     Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvvəlki vaxtlarla müqayisədə ölkədə karantin dövründə ağackəsmə halları azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, bu zaman ərzində ölkədə ağackəsmə ilə bağlı 3 qanun pozuntusu aşkarlanıb: "Karantin rejimi dövründə 3 ağackəsmə faktı qeydə alınıb. Bu hadisələrlə bağlı nazirlik olaraq hüquq-mühafizə orqanlarına məlumat vermişik. Misal üçün, onlardan biri - Lerik sakini 3 saatlıq sms icazəsi alıb və mağazaya getmək adı ilə yaşadığı ünvandan 10 kilometr aralıda yerləşən meşəyə gedib, orada ağac kəsməyə cəhd göstərib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.