Ölkə

Eldar Əzizov: Təəssüf ki, insanların çoxu düşünür ki, bu bir siyasi oyundur

18 May 2020 17:55
2 Şərh     Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təəssüf ki, insanların çoxu düşünür ki, bu bir siyasi oyundur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

E.Əzizov bildirib ki, belə düşünmək olmaz: "Bəs dövlətlər virusun qarşısını almaq üçün niyə milyardlarla vəsait xərcləyir?".

İcra başçısı əlavə edib ki, insanlar qaydalara əməl etməlidir: "Biz Bakıda monitorinq keçirdik və şahidi olduq ki, insanların yalnız 10 faizə qədəri tibbi maskalardan istifadə edir. Bu, yolverilməzdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.