Ölkə

Avropa Mətbuat Şuraları Alyansının onlayn konfransı keçiriləcək

5 May 2020 18:11
0 Şərh     Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 6-da Avropa Mətbuat Şuraları Alyansının onlayn konfransı keçiriləcək.

Azərbaycan Mətbuat Şurasından (MŞ) Milli.Az-a bildirilib ki, Şuranın sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının onlayn rejimdə keçiriləcək konfransına qatılacaq. Konfransda koronavirus pandemiyasının mətbuat şuralarının iş xüsusisyyətlərinə təsiri, medianın özünütənzimləmə qurumlarına şikayətlərin dinamikası, həmçinin təşkilata üzv ölkələrdə jurnalistikanın ümumi durumu müzakirə olunacaq.

Medianın iş prinsiplərinin koronavirus təhlükəsi ilə mübarizəyə səfərbər edilməsi məsələləri barədə söz açılacaq konfransda eyni zamanda kütləvi informasiya vasitələrində şəxsi həyatın qorunması ilə bağlı da fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, MŞ sədri Ə. Amaşov bir neçə gün öncə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn konfransında da iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.