Ölkə

Pandemiya dövründə geyim mağazalarında paltardəyişmə otaqlarından istifadə qadağan edilir

2 May 2020 16:33
1 Şərh     Baxış: 1 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya dövründə geyim satışı icra olunan mağazalarda paltardəyişmə otaqlarından istifadə qadağandır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə geyim satışı ilə bağlı hazırlanan təlimat qaydalarında qeyd olunub.

Eyni zamanda, bu müddətdə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır.

Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyətinə gəlincə, müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Bu qayda mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri ilə məşğul olan yerlərə də aiddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.