Ölkə

Qubada narkotik vasitə qəbul edən sürücü postda həbs edildi

25 Aprel 2020 17:24
0 Şərh     Baxış: 1 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qubada narkotik vasitə qəbul edən sürücü postda həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 23-də saat 21 radələrində "COVİD-19" xüsusi karantin rejimi ilə əlaqədar Quba rayonunun Barlı kəndinin ərazisində quraşdırılan postda Xaçmaz rayon sakini K.Bəkdəmirovun idarə etdiyi "VAZ-21074" markalı avtomobil orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı sürücünün narkotik maddənin təsiri altında olması müəyyən edilib. Bu zaman avtomobildəki sərnişin düşərək əlindəki qutunu yolun kənarına ataraq qaçıb.

Polis əməkdaşları qutudan narkotik vasitə olan marixuana aşkar edərək götürüb.

K.Bəkdəmirovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib və o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.