İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün gediş qaydaları ilə bağlı təlimatlar hazırlanır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu təlimatlar müvafiq dövlət qurumları ilə birgə hazırlanıb:
"Təlimatlar müvafiq qurumlara veriləcək. Burada bir sıra qaydalara mütləq əməl edilməlidir. Təlimatlar sərnişin sıxlığının aradan qaldırılmasına kömək edəcək".
Milli.Az