İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün təlimat hazırlanır

24 Aprel 2020 19:51

İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün gediş qaydaları ilə bağlı təlimatlar hazırlanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu təlimatlar müvafiq dövlət qurumları ilə birgə hazırlanıb:

"Təlimatlar müvafiq qurumlara veriləcək. Burada bir sıra qaydalara mütləq əməl edilməlidir. Təlimatlar sərnişin sıxlığının aradan qaldırılmasına kömək edəcək".

Milli.Az