Ölkə

“Yüksəliş” müsabiqəsinin iştirakçılarından böyük gözləntilər var - VİDEO

17 Mart 2020 16:24
Baxış: 1 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: "Uğurlu idarəçi verdiyi qərarların arxasında dayanmağı bacarmalıdır"

Uğurlu idarəçiliyin təməl şərtlərindən biri yüksək şəxsi keyfiyyətlərə malik olmaqdır. Əlbəttə, xeyli sayda insanı bir heyətdə birləşdirən dəyər təkcə peşə bilikləri, püxtələşmiş təcrübə ola bilməz. Çalışdığın insanlarla əməkdaşlığın, münasibətlərin dayanıqlı meyarlar əsasında qurulması sistemin zəmanətli yüksəlişi deməkdir. "Yüksəliş" müsabiqəsi məhz bu bacarıqları hədəfləyən, Azərbaycanın güclü rəhbər heyətindən (https://yukselish.az/mentors.html ) ibarət komandanı birləşdirərək gələcəyin idarəçiləri üçün də yeni imkanlar yaratmış oldu.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müsabiqənin idarəçi rəhbərləri arasında yer alan Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev uğurlu idarəçilərin iş mexanizmi, şəxsi keyfiyyətləri ilə bağlı fikirlərini bölüşüb:

"Uğurlu idarəçi qərar verməyi bacaran, verdiyi qərarların arxasında dayanan, öz əməkdaşlarını inkişaf etdirən, çalışdığı şirkətin dəyərlərini yaşayan və yaşadan şəxs olmalıdır".

İdarəçi olmaq asan deyil

Rövşən Allahverdiyev idarəçi olmaq istəyən şəxslərin xüsusi öhdəliklərinin olduğunu və onların bu məsuliyyəti düzgün bölüşdürmə bacarığını da individual üstünlük kimi dəyərləndirdiyini bildirib:

"İdarəçi olmaq asan deyil, çünki sən artıq başqalarının gördüyü işə görə də məsuliyyət daşıyırsan və müxtəlif insanları bir arada tutmağı, onlarla birlikdə nəticə əldə etməyi bacarmalısan".

O, həmçinin idarəçi olmaq istəyən şəxslərə daim öz üzərində işləməyi, dəyişikliklərə açıq olmağı, öz həmkarlarına dəstək göstərməyi tövsiyə edib.

Kapital Bankın İdarə Heyətinin sədri "Yüksəliş" müsabiqəsinin iştirakçılarından böyük gözləntilərinin olduğunu bildirib:

"Ümumiyyətlə, bu layihənin nəticəsi olaraq güclü kadr ehtiyatının yaranmasını hədəfləyirik və iştirakçılardan əsas gözləntim gələcəkdə ölkənin inkişafına töhfə versinlər, həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını inkişaf etdirsinlər və idarəetmədə bir fərqlilik gətirsinlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.