Ölkə

Mahirə Əmirhüseynova Şıx çimərliyində bu canlı ilə üz-üzə qaldı, dəhşət yaşadı - FOTO

15 İyul 2025 10:32
Baxış: 2 775
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası"nın sədri, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Şıx çimərliyində ilan gördüyünü bildirib.

Milli.Az xəbər verir ki, QHT sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Dünən havanın istisinə sevincək olub Şıxov çimərliyinə üz tutduq. Çimərliyin bağlanmasına 2 saat qalmış, 6 nəfərə 180 manat verib tələm-tələsik dənizə qaçdıq. Millət hovuzda çimirdi, dənizdə isə bizdən başqa tək bir oğlan vardı. Biz 6 qadın... şok keçirdik... Dənizdə İradə xanımın qoluna ilan sarıldı. Təsəvvür edin, nə hala düşdük... Köməyə gələn oğlan ilanın başından tutub dənizdən çıxardı. Oğlan olmasaydı, qorxudan 6 meyit olmuşduq. Hələ də özümüzə gələ bilmirik. Qışqırmaqdan da səsimiz batıb.

Bu oğlan bizim qəhrəmanımız oldu. Adını bilmədiyimiz bu oğlana təşəkkür edirik! Allah onu qorusun!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.