Ölkə

Dostunun toy kortejində avtoşluq edən gənc saxlanıldı

14 May 2025 18:10
Baxış: 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronda dostunun toy kortejində avtoxuliqanlıq edən 25 yaşlı oğlan saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində baş verib.

Qəsəbə sakini Pərviz Əliyev (ad və soyad şərtidir) mayın 12-də dostunun toy məclisinə gedərək idarə etdiyi avtomobillə avtoşluq edib və yolun hərəkət zolağında digər avtomobillərə qəza şəraiti yaradıb.

Sürücü dərhal saxlanılaraq barəsində inzibati protokol tətbiq edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.Əliyev bir il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 500 manat inzibati qaydada cərimə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.