19:36
Dubaydan Moskvaya uçan sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı göndərib.
Milli.Az xəbər verir ki, Boeing-737 sərnişin təyyarəsi təxminən 20 dəqiqə əvvəl Xəzər dənizi üzərində ümumi fövqəladə vəziyyət transponder kodunu təyin edib.
Təcili enişə səbəb yanğın siqnalının işə düşməsi olub. İlkin məlumata görə, yanğın olmayıb.
Qeyd edilib ki, Təyyarə Dubaydan Moskva vaxtı ilə saat 15:39-da havaya qalxıb. Gəliş Moskva vaxtı ilə saat 19:46-a planlaşdırılıb. Təyyarədə 6-sı ekipaj üzvü olmaqla 188 nəfər olub. /APA
-----------
19:23
Dubaydan Moskvaya uçan "Boeing"sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib.
Milli.Az xəbər verir ki, təyyarə Rusiyanı "Pobeda" aviaşirkətinə məxsusdur.
Rusiyanın REN TV kanalı Dubay-Moskva reysi ilə hərəkət edən "Boeing" təyyarəsinin Həştərxanda təhlükəsiz eniş etdiyi barədə məlumat yayıb.
Aviaşirkətdən bildirilib ki, qəza siqnalı ilə bağlı xəbərlər araşdırılır. /APA
Milli.Az