Ölkə

Tanınmış ekspert niyə həbs edilib? - Yeni DETALLAR - YENİLƏNİB - FOTO

30 Yanvar 2025 18:12
Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:12

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də "İnformasiya texnologiyaları" departamentinin müdiri, banklardan birində müşavir işləmiş İlqar Əliyev külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib.

Milli.Az bu barədə "qafqazinfo"ya istinadən xəbər verir.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılıb.

Məhkəmə araşdırma sonrası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs narkotiki satmaq üçün əldə etməyib. Bu əsasla onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edilib.

İKT eksperti məhkəmədə özünü təqsirli bilməyib. Qeyd edib ki, idman zalından çıxıb evə gedərkən saxlanılıb. 

Hökmə əsasən, İ.Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ekspert 2023-cü ilin dekabrında saxlanılıb. 

15:11

Azərbaycanda informasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz paylaşım edib

O qeyd edib ki, ekspert qanunsuz narkotik maddə daşımada ittiham edilib.

Ekspert məhkənin qərarı ilə 4 il azadlıqdan məhrum edilib./unikal

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.