Ölkə

Məşhur cipsilərdə təhlükə aşkarlandı: Azərbaycana da gətirilib? - AÇIQLAMA

30 Yanvar 2025 17:06
Baxış: 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur qəlyanaltı brendi "Lay's" istehsal etdiyi kartof çipslərini ölümcül allergik reaksiya riski səbəbindən geri çağırmaq qərarına gəlib. Buna səbəb çipslərin tərkibində etiketdə qeyd olunmayan süd komponentinin olmasıdır. 

Amerikanın rəsmi qurumları bu vəziyyəti ən yüksək risk səviyyəsi olan I dərəcə kateqoriyasına qaldırıb. Bu o deməkdir ki, bu məhsullar həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.

Bəs Azərbaycanda bununla bağlı hansı işlər görülür?

Milli.Az xəbər verir ki, modern.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) ilə əlaqə saxlayıb.

AQTA-nın mətbuat katibi İlkin Kərimov bildirib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.

"Həmçinin qeyd edirik ki, xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür", - o deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.