Milli.Az xəbər verir ki, Birinci liqada mübarizə aparan "Mingəçevir" klubunun 3 üzvü də ömürlük futboldan uzaqlaşdırılıb.
I Liqada "Mingəçevir" klubunda çıxış edən 22.01.2003-cü il təvəllüdlü Xudaverdiyev Xəyal Aqil oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin.
I Liqada "Mingəçevir" klubunda çıxış edən 27.05.1999-cu il təvəllüdlü Kərimov Mövlan Elşən oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin.
I Liqada "Mingəçevir" klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin.
Qeyd edək ki, "Şamaxı"nın sabiq futbolçusu Adil Nağıyev də ömürlük futboldan kənarlaşdırılmışdı.
Milli.Az