İdman

Qurban Qurbanov: “Atletik” taktiki baxımdan güclüdür”

17 Oktyabr 2025 22:50
Baxış: 645
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 8-ci turunda "Turan Tovuz" üzərindəki qələbəni (2:1) şərh edib.

Milli.Az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, ilk hissədə balans tam yox olmayıb və oyun istədikləri kimi getməyib:

"İlk hissədə top çox az oyunda qalırdı, uzun toplar və mübarizə üstünlük təşkil edirdi. Amma ikinci hissədə oyun tam fərqli alındı, rəqibin enerjisi azaldı və daha rahat oynaya bildik. Futbolçularımı təbrik edir, hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm".

Qurbanov "Atletik"lə qarşıda oyundakı hansısa fərqli gedişlər edib-etməyəcəyinə də toxunub:

"İllərdir nə etmişiksə, onu etməyə çalışacağıq. Rəqib taktiki baxımdan güclüdür və buna uyğun oynayacağıq. Futbolçularımızın diqqətli olması vacibdir, matçda nə qədər imkan verəcəklərini isə görəcəyik. Hələlik rəqibi tam təhlil etməmişəm, amma maraqlanmışam. Bu gündən etibarən bütün detallara ayrı-ayrılıqda vaxt ayıracağıq".

O, həmçinin Marko Yankoviçin həmin görüşdə start heyətdə oynayıb-oynamayacağı barədə sualı da cavablandırıb:

"Sabah məşqimiz olacaq. Oyuna kimi lazımi qərarı verəcəyik. Bu gün onu ehtiyatda saxladım, amma planımda ən azı 30 dəqiqə oynatmaq var idi". (qol.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.