İdman

Mahir Emreli yenə heyətə daxil edilmədi

18 Oktyabr 2025 19:54
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern" almaniya çempionatında növbəti oyununa çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir emreli bu dəfə də heyətə daxil edilməyib.

O, komandanın 23 nəfərlik iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, Mahir Emreli çıxış etdiyi Almaniya 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"lə problemlər yaşamaqda davam edir. O, baş məşqçi Torsten Liberknextin "qara siyahı"sına düşüb. Alman çalışdırıcı komandanın israrla transfer etdiyi M.Emreliyə şans vermək niyyətində deyil.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.