Mədəniyyət

Rəşid Behbudov adına Mahnı Teatrının Estrada Simfonik Orkestri Sumqayıtda qastrol konserti ilə çıxış edib – FOTO

3 Dekabr 2025 17:55
Baxış: 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada Simfonik Orkestri Sumqayıt Şəhəri Kimyaçı Mədəniyyət Sarayında qastrol konserti ilə çıxış edib. Musiqili axşam kino musiqisinə həsr olunmuş xüsusi proqramla təqdim olunub.

Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, böyük bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib. Konsertin baş prodüser Ülviyyə Bəbirli, layihə rəhbəri Hüseynağa Aslanov, dirijor isə Ellada Məmmədova olub.

Proqramda Azərbaycan və dünya kino tarixinin tanınmış filmlərinə yazılmış musiqilər səsləndirilib. Bu layihə musiqi və kino estetikasını səhnədə birləşdirərək tamaşaçılara təqdim edib və musiqili axşama gələnlərdə həm estetik zövq, həm də retro ovqat yaradıb. Qeyd edək ki, Mahnı Teatrı son vaxtlar yeni layihələrlə tamaşaçıların qarşısına çıxır və yaxın zamanda auditoriyanı daha maraqlı təqdimatlar gözləyir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.