Rusiyalı milyarderlər "Forbes"un qlobal reytinqində yeni tarixi rekordlara imza atıblar.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, reytinqdə təmsil olunan rusiyalı milyarderlərin sayı ötən illə müqayisədə 9 nəfər artaraq 155-ə yüksəlib.
Məlumata görə, onların ümumi kapitalı rekord həddə - 696,5 milyard dollara çatıb.
Siyahıya əsasən, Rusiyanın ən zəngin şəxslərinin ilk üçlüyü aşağıdakı kimidir:
Aleksey Mordaşov ("Severstal"): Sərvəti 37 milyard dollara yüksələrək ölkənin ən varlı iş adamı olub;
Vladimir Potanin ("Norilsk Nikel"): 29,7 milyard dollarla ikinci yerdə qərarlaşıb;
Vahid Ələkbərov ("Lukoil"): Əslən azərbaycanlı olan milyarder 29,5 milyard dollarla ilk üçlüyü tamamlayıb.
Nəşrin məlumatına görə, dolların zəifləməsi və rublun son bir ildə 16% möhkəmlənməsi milyarderlərin xeyrinə işləyərək onların sərvətinin dollar ekvivalentində artmasına birbaşa təsir göstərib.
Qeyd edək ki, qlobal miqyasda amerikalı sahibkar İlon Mask dünya rekordu qırıb. Onun xalis sərvəti 852 milyard dolları keçərək tarixin ən yüksək göstəricisi kimi qeydə alınıb. Bu artım Maskın "SpaceX" və "xAI" şirkətlərinin birləşməsindən sonra biznes imperiyasının dəyərinin 1,25 trilyon dollara çatması ilə əsaslandırılır.
Milli.Az





