Ölkə

Azərbaycanın keçmiş səfiri yeni vəzifəyə təyin olundu

3 Dekabr 2025 18:13
Baxış: 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin oktyabr ayında ölkəmizin Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Gürsel İsmayılzadə yeni vəzifəyə təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi paylaşım edib.

Məlumata görə, G. İsmayılzadə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Paylaşımda həmçinin Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün sabiq həmkarı ilə görüşündən foto yer alıb.

Xatırladaq ki, 54 yaşlı Gürsel İsmayılzadə 2011-2019 və 2020-2025-ci illərdə ölkəmizin Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, tanınmış alim, arxeoloq Qüdrət İsmayılzadənin oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.