Baş Prokurorluqdan vətəndaşlara xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin bütün sahələrinə müsbət təsir göstərsə də, paralel olaraq kibercinayətkarlıq risklərini də artırır.
Milli.Az xəbər verir ki, şəxsi məlumatların oğurlanması, onlayn dələduzluq, fişinq hücumları, kiberzorakılıq və zərərli proqram təminatlarının yayılması həm fərdlər, həm də dövlət və özəl qurumlar üçün ciddi təhlükə yaradır.
Bu baxımdan kibercinayətkarlıqla mübarizə milli təhlükəsizlik, iqtisadi sabitlik və vətəndaşların hüquqlarının qorunması üçün strateji əhəmiyyət daşıyır.
Kibercinayətlərin əsas xüsusiyyətlərindən biri onların çox vaxt istifadəçilərin məlumatsızlığı və diqqətsizliyi nəticəsində baş verməsidir. Texniki müdafiə mexanizmləri vacib olsa da, insan faktoru kibertəhlükəsizliyin ən zəif halqası olaraq qalır. Məhz bu səbəbdən kibercinayətkarlıqla mübarizədə maarifləndirici tədbirlər xüsusi rol oynayır.
Maarifləndirmə tədbirləri vətəndaşlarda təhlükəli onlayn davranışların tanınması, şəxsi məlumatların qorunması, şübhəli link və mesajlardan yayınma, güclü parollardan istifadə vərdişlərinin formalaşdırılması kimi bacarıqları inkişaf etdirir. Xüsusilə sosial videoçarxların nümayiş etdirilməsi maarifləndirmənin ən effektiv vasitələrindən biridir. Qısa, anlaşılan və emosional təsir gücünə malik videoçarxlar vətəndaşlarda təhlükə hissini düzgün formalaşdırır, məsuliyyətli rəqəmsal davranışı təşviq edir və kibercinayətkarlıqla mübarizədə dövlət-cəmiyyət əməkdaşlığını gücləndirir.
Sözügedən məsələnin əhəmiyyəti nəzərə alınaraq, Baş Prokurorluq vətəndaşların şəxsi məlumatlarının qorunması və kiberdələduzluq risklərinin qarşısının alınması məqsədilə sosial videoçarx təqdim edir
Bu maarifləndirici video sosial şəbəkələrdə düşünülməmiş paylaşımların doğura biləcəyi fəsadlara diqqət çəkmək üçün hazırlanıb.
Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edir!
Başqalarına şəxsi məlumatlarınızdan qanunsuz istifadə etməyə imkan yaratmayın!!
Belə olan halda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinə və digər hüquq mühafizə orqanlarına müraciət edin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...
-
Deputatlar yayda harada dincələcəklər? - Özləri cavabladı
-
Əsgərimiz infarktdan öldü
-
Kamil Zeynallının qazi Aminlə zarafatı diqqət çəkdi - (Video)
-
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
-
“Bu, artıq mümkün deyil, cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik” - Amalın bacısı
XƏBƏR LENTİ
-
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edib (Foto)
-
Salyanda ağır qəza, sürücü yaralanıb (Foto)
-
"Mahnıya görə 100 min istədilər" - Vasif Məhərrəmli danışdı
-
“Fənərbaxça” Natan Akeni transfer edib
-
Cəlilabadda qaz olmayacaq
-
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
-
Ermənistan vətəndaşlarının vəsatətlərinə baxılıb (Foto)
-
Pərviz Yusifova yeni vəzifə verildi
-
Bərdə-Ağdam-Xankəndi yolunda ağır qəza - 5 nəfər xəsarət alıb
-
Ağdamdakı 350 minlik layihənin icraçısı Hadı Rəcəblinin oğlu oldu
-
Kevin Medina yeni klubunda təqdim olundu (Foto)
-
Rəqəmsal dünyada uşaqlar necə qorunacaq? – Yeni qanun layihəsi barədə təfərrüatlar
-
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
-
Paşinyanın adı sərginin siyahısından çıxarıldı
-
Rusiyada Putinin reytinqi kəskin azaldı
-
"Qarabağ" yeni transferini açıqladı
-
Aparıcı Mətanət: "Bacım komaya düşürdü, onu xilas etdilər"
-
Prezident İlham Əliyevə ictimai etimadın əsasları: Azərbaycanın inkişaf modelinə baxış
-
Almaniyada gonbul polisi işdən çıxardılar
-
Ümüd Alməmmədova vəzifə verildi
-
"Kapital Bank" 116 filial, 51 şöbə və 1274 ATM-lə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır
-
Hava yenidən pisləşəcək: Leysan və sel olacaq
-
Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...
-
Coratda iki nəfər batıb, birinin meyiti tapıldı





