İdman

Kamil Zeynallının qazi Aminlə zarafatı diqqət çəkdi - (Video)

3 İyul 2026 14:39
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı Vətən müharibəsi qazisi Amin Musayev ilə səmimi görüntüləri ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Kamil Zeynallının avtomobildə yol gedərkən Amin Musayevlə etdiyi zarafat izləyicilərin marağına səbəb olub. Məşqçinin "Sumqayıtı görəcəyəm, həyəcanlıyam!" sözləri videoya rəng qatıb.

Dostların yol boyu etdiyi zarafatlar və səmimi söhbətlər sosial media istifadəçiləri tərəfindən müsbət qarşılanıb. Qısa zamanda geniş yayılan görüntülər çoxsaylı bəyənmə və şərhlər toplayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.