Zaur Baxşəliyev: "Ağlım olsaydı, heç Günayla toy etməzdim"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparıcı Zaur Baxşəliyev toy mərasimləri ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Milli.Az-ın məlumatına görə, o, bildirib ki, Azərbaycanda toy hazırlıqları həddindən artıq böyüdülür və iki gəncin ailə qurması bəzən bütöv bir nəslin üzərinə əlavə yükə çevrilir. Aparıcının sözlərinə görə, toy prosesi zamanı yalnız gəlin və bəy deyil, hər iki ailənin bütün qohumları müxtəlif qayğılarla məşğul olur.
Zaur Baxşəliyev hesab edir ki, ən doğru seçim cütlüyün sadə şəkildə nikah bağlayaraq ailə həyatına başlamasıdır. Onun fikrincə, dəbdəbəli toy mərasimləri əvəzinə həmin vəsaiti daha faydalı məqsədlərə sərf etmək olar.
Aparıcı həmçinin etiraf edib ki, indiki təcrübəsi olsaydı, həyat yoldaşı Günayla da toy etməzdi. O bildirib ki, restorana xərclənən böyük məbləğdə pul əvəzinə xaricə səyahət edib nikah bağlamağı daha məqsədəuyğun hesab edir:
"Bizdə gənclərin evlənməyi ilə bütün nəsil məşğul olur. Bir evlilik iki nəslin böyük probleminə çevrilir. Hələ evdə paltar ala bilməyib qırğın salanlar olur ki, filankəsin toyudur, mən ora nə geyinim. İki nəfəri qoş bir-birinə, de get harada nikah kəsdir, yaşa, kef elə. Toyda da bilmirsən ki, bəylə gəlinin dərdini çəkəsən, yoxsa gələnlərin. Yeyənlər, içənlər... Hələ içib ağzı əyilib küsüb gedənlər olur: Nə toy idi, oturmağa yer tapmadıq, yemək olmadı, kabab soyuq idi. Ağlım olsaydı, heç Günayla toy etməzdim. Restorana o qədər pul verməkdənsə, bilet alıb uçarsan xaricə, orada evlənərsən".
Qeyd edək ki, Zaur Baxşəliyev və həyat yoldaşı Günayın iki övladı var.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
XƏBƏR LENTİ
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı





