Deputatlar yayda harada dincələcəklər? - Özləri cavabladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 15-dən avqustun 30-dək Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Bu müddətdə deputatlar da məzuniyyətdə sayılırlar. Yalnız məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Bəs görəsən, deputatlar tətili harada və necə keçirməyi planlaşdırırlar? Onlar bu dövrdə Azərbaycanda, yoxsa xaricdə istirahət etməyi düşünürlər?
Milli.Az xəbər verir ki, Lent.az millət vəkilləri arasında sorğu aparıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirdi ki, o, tətildə həm işğaldan azad olunmuş torpaqlara, həm də Türkiyəyə səfər edəcək:
"Son illər olduğu kimi bu il də yay tətilini işğaldan azad olunmuş ərazilərdə keçirəcəm. Şuşaya gedəcəm. Şuşada qalmaqla bərabər hər gün digər rayonlara, Ağdərəyə, Laçına, Xocalıya, Kəlbəcərə, Hadruta, Qubadlıya səfər edəcəm. Keçən il də tətil qrafikimi belə qurmuşdum. Bu cür istirahət mənə zövq verir, psixoloji rahatlıq gətirir, milli qürur hissimi oxşayır.
Azərbaycanın səfalı yerlərindən sonra qardaş ölkə - Türkiyənin Qars şəhərinə səfər edəcəm. Qars şəhərindən Ermənistan sərhədinə doğru elə kəndlər var ki, mənim doğulduğum kəndlə arası 7 km məsafədir. Doğulduğum coğrafiyanın təbiəti, otu, bitkisi, böcəyi, quşu mənim ruhumu oxşayır. Saatlarla durbini əlimə alıb, doğulduğum coğrafiyaya baxıb, orada nəyin dağılıb, nəyin qaldığını müşahidə edirəm... Bir də o torpaqlara, öz Vətənimə nə vaxt gedəcəyəm sualını özümə verib, düşüncələrə dalıram. Ruhən hiss edirəm ki, elimizdə-obamızda, yurdumuzda-yuvamızda qalan dağlar da, daşlar da, otlar da, böcəklər də bizi çağırır. Bu həm daxili əzab verir, həm də gələcəkdə torpaqlarımıza qayıtmaq üçün məndə ümid alovlandırır. Bu yaykı istirahətim yəqin ki, bununla da başa çatacaq".
Milli Məclisin deputatı Razi Nurullayev Lent.az-a açıqlamasında qeyd etdi ki, tətildə Azərbaycanda olacaq:
"Tətili ölkədə keçirəcəm. Rayonlar, kəndlər çox xoşuma gəlir. Əsasən, Azərbaycanın maraqlı kəndlərinə getmək niyyətindəyəm".
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirdi ki, tətil müddətində Azərbaycanda olacaq:
"Yay tətili müddətində Bakıda və əsasən Ordubad-Culfa rayonunda, deputat seçildiyim 6 saylı seçki dairəsinin ərazisində, eyni zamanda doğulduğum Culfa rayonu Saltaq kəndində olacam. Bu müddətdə həm seçicilərlə görüşəcəm, həm də kəndlərə səfər edəcəm.
Mən, tətili xarici ölkədə yox, Azərbaycanın gəzməli-görməli, səfalı yerlərində, Naxçıvanda, Ordubadda, Culfada və Bakıda keçirəcəm. Həmçinin qısa müddətli, təxminən, üç-beş günlük ölkəmizin səfalı yerlərinə də üz tutmağı, tarixi yerlərdə olmağı planlaşdırıram".
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd etdi ki, işləri yekunlaşdıqdan sonra bir həftəlik tətilə çıxacaq:
"Hələ ki, istirahətlə bağlı konkret planım yoxdur. Yazılacaq məqalələr, görüləcək xeyli işlərim var. Hazırda da onlarla məşğuluq. Ola bilsin ki, bir həftə ya ölkə daxilində, ya da xaricdə istirahət edək. Hesab edirəm ki, Azərbaycanda gediləsi, baxılası çox gözəl yerlər var. Kəlbəcərə, Laçına, Qubaya, Zaqatalaya, Şəkiyə getmək olar. Tövsiyə edərdim ki, Azərbaycan vətəndaşları bütün rayonlarımıza səfər etsinlər. Mən Şuşanı, Xankəndini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Laçını ziyarət etməyi tövsiyə edirəm. Eyni zamanda Quba, Xınalıq, Qax, Göygöl əsrarəngiz bölgələrimizdəndir".
Milli Məclisin deputatı Zahid Oruc bildirdi ki, o, tətili yaxın ailə üzvləri ilə birlikdə Qubada keçirməyi planlaşdırır:
"2026-cı il üçün xüsusi istirahət planı hazırlamamışıq. Hər zaman tətili Azərbaycanın zəngin təbiəti, şəfalı suları, dadlı meyvələri olan sakit bölgələrimizdə keçiririk. Adətən getdiyimiz bölgə Quba olur. Orada yaxın ailə üzvlərimizlə birgə oluruq. Builki planımız da bu istiqamətdədir. Şübhəsiz ki, yaxşı istirahət etmədən yaxşı işləmək və böyük hədəflərə nail olmaq çətindir. Digər tərəfdən açığını desəm, Parlament üzvü olduğum ilk on illərdə qətiyyən özümüz üçün istirahət rejimi buyurmamışam. Çünki təmsil etdiyim bölgənin özünəməxsus tələbləri və qayğıları həmişə qarşımızda dayanırdı. Eyni zamanda nəzərə almalıyıq ki, insan həyatı, onun biologiyası özünəməxsus tələblərə və qanunlara tabedir. O cəhətdən ölkə xaricinə getməyi düşünmürük. Yaxın ailə üzvlərimlə birlikdə Qubada və digər kənd və rayonlara üz tutmağı düşünürük. Hər bir azərbaycanlıya da ölkəmizin daxilindəki zəngin təbiəti qiymətləndirməyə çağırırıq".
Milli Məclisin deputatı Fazil Mustafa istirahəti Azərbaycanda edəcəyini bildirib:
"İstirahəti bütövlükdə ancaq Azərbaycanda edirəm. Ola bilsin ki, xaricə də səfər edərəm. Qabaqcadan planlaşdırılan istirahət anlayışı yoxdur, çünki yayda da çalışmaları davam etdiririk. Daha çox Bakıda qalıb dənizdən istifadə edirəm, xüsusilə sağlamlıqla bağlı müəyyən prosedurları davam etdirirəm. Lakin ola bilsin ki, rayonlara da, xarici ölkəyə də gedə bilərəm. Açığı, hələ dəqiq müəyyənləşdirməmişəm, özəl istirahət cədvəlim yoxdur.
Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, yay tətilini ölkədə keçirəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyada mühüm obyektlərə dövlət nəzarəti gücləndiriləcək
-
İran tamamilə çökür
-
Bakıda bu küçə gecə saatlarında bağlanacaq - Sürücülərin diqqətinə
-
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar
-
Azərbaycan ilə Özbəkistanın Prezidentləri və Birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb - (Video)
-
Suriyanın Palmira bölgəsində partlayış: Ölən və yaralananlar var
-
Çin mənşəli 4 qida məhsulunda uyğunsuzluq aşkarlanıb
-
Sabunçuda köhnə aptek bazasında meyit aşkarlandı
-
Ermənistanda daha bir hərbçi intihar edib
-
Məktəblərdə direktor müavinləri vəzifələri üzrə işə qəbul başlayıb
-
DİN-dən narkotik əməliyyatı: 6 nəfər saxlanılıb - (Video)
-
Rusiya Ukraynada 3 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı
-
Bakı metrosunda interval azalacaq? - Rəsmi
-
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
-
Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
-
Kremldən Ermənistana KTMT ilə bağlı açıq mesaj
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - Rəsmi
-
Pakistanın Baş Qərargah rəisi Tehrana səfər edib





