Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Evdə ən çox çirklənən və təmizlənməsi ən çətin olan yerlərdən biri duşakabinlərdir. Sabun və su izləri səbəbindən yaranan ərp və ləkələrdən təmizləyici kimyəvi maddələrlə belə qurtula bilmirsinizsə, bu sadə və təbii qarışığı sınayın.
Milli.Az xəbər verir ki, duşdan sonra şüşə üzərində qalan su damlaları buxarlandıqda içindəki kirəc və minerallar şüşənin məsamələrinə yerləşir. Buna sabun və şampun qalıqları da əlavə olunduqda, şüşə mat və kirli görünür. Adi təmizləyicilər bu kirəc təbəqəsini aradan qaldırmaqda çətinlik çəkir.
Lazım olan materiallar:
1 stəkan ağ sirkə: Kirəci əritmək üçün ən effektiv vasitədir.
1 xörək qaşığı qabyuyan maşın parladıcı: Suyun şüşə üzərində qalmasını əngəlləyir (suyu sürüşdürür).
1 xörək qaşığı çay sodası (karbonat): Ləkələri söküb atmağa kömək edir.
Boş sprey şüşəsi və mikrofiber bez.
Hazırlanması və tətbiqi:
Sirkəni bir qabda azca ilıqlaşdırın (iliq sirkə kirəci daha sürətli həll edir). İlıq sirkəni sprey şüşəsinə tökün, üzərinə çay sodası və parladıcını əlavə edin. (Çay sodası sirkə ilə qarışanda köpürəcək, bu normaldır).
Hazırladığınız qarışığı duşakabinin şüşə səthlərinə, xüsusilə ləkələrin çox olduğu yerlərə bolca püskürdün.
Qarışığın kirəc molekullarını parçalaması üçün 10-15 dəqiqə gözləyin. Bu müddətdə qarışıq ləkələri yumşaldacaq və ovmağa ehtiyac qalmayacaq.
Yumşaq bir süngərlə yüngülcə silin və ilıq su ilə durulayın.
Qurudun: Ən vacib məqam budur: Duruladıqdan dərhal sonra bir şüşə çəkəcəyi (silici) ilə suyu yuxarıdan aşağıya doğru sıyırın. Son olaraq quru mikrofiber bezlə silin.
Ləkələrin yenidən yaranmaması üçün:
Təmizlikdən sonra şüşə tamamilə quruyanda üzərinə çox az miqdarda uşaq yağı və ya avtomobillər üçün olan su sürüşdürən sprey çəkə bilərsiniz. Bu üsul su damlalarının şüşə üzərində qalmasını əngəlləyərək birbaşa axıb getməsini təmin edəcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Böyük Qafqaz dağlarında sıldırımdan yıxılan alpinist xilas edilib (Video)
-
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
-
Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul
-
Tut mürəbbəsi resepti
-
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
-
Tahinin əsas faydaları
XƏBƏR LENTİ
-
Böyük Qafqaz dağlarında sıldırımdan yıxılan alpinist xilas edilib (Video)
-
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
-
Əhvalım çox pisdir - Ofeliya Sənani
-
Türkiyə Montella ilə bağlı qərarını verdi
-
Sabah Nizami rayonunda işıq olmayacaq
-
Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul
-
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu
-
"8-ci kilometr bazarı"nda satıcılara ərazini tərk etmək tapşırıldı
-
Çində 5,2 bal gücündə zəlzələ baş verib
-
Cənubi Koreya prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
-
Argentinalı futbolçu ailəsini zəlzələdə itirdi
-
Babək rayonunda ağır qəza - üç nəfər xəsarət alıb (Foto)
-
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb (Foto)
-
Tut mürəbbəsi resepti
-
Berlində vəziyyət acınacaqlıdır
-
Venesuelada zəlzələ nəticəsində 60 min bina dağılıb
-
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
-
Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş (Foto)
-
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
-
Yevlaxda yük vaqonunda yanğın olub - (Foto)
-
Tahinin əsas faydaları
-
Ağdərədə ağır qəza: Avtobus aşdı, çox sayda yaralı var - Yenilənib (Foto)
-
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
-
Yay mövsümü üçün praktik kükü resepti





