Dünya

Tailandda 10 nəfərin öldüyü qəzanın görüntüsü - (Video)

3 İyul 2026 14:07
Baxış: 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tailandda 11 yaşlı uşağın avtomobillə törətdiyi ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə Tailandın Mukdahan bölgəsində baş verən həmin hadisənin görüntüləri yayımlanıb. 

Görüntülərdə 11 yaşlı uşağın yüksək sürətlə idarə etdiyi avtomobilin buddist rahiblərdən ibarət zəvvar qrupuna çırpılması əks olunub. 

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 9 nəfərin həlak olduğu, daha 13 nəfərin xəsarət aldığı bildirilirdi. Avtomobilin çırpıldığı zəvvar qrupunun həmin vaxt Ubonratçatxani əyalətinə təxminən 260 kilometr məsafəni piyada qət etdiyi qeyd olunub. 

Videoda həssas görüntülər əks olunub. Ürəyi zəif olanların baxmaması tövsiyə olunur. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.