İdman

"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - (Foto)

3 İyul 2026 09:49
Baxış: 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Futbol üzrə "Qarabağ" komandası "Ferentsvaroş"un müdafiəçisi Cebrail Makreçkis ilə yaxından maraqlanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı oyunçu Ağdam təmsilçisi ilə müqavilə imzalaya bilər.

Bildirilir ki, "Qarabağ" Makreşkisi kifayət qədər böyük transfer məbləği qarşılığında heyətinə qatmağa yaxındır.

Sağ cinah müdafiəçisi 2023-cü ilin yayından "Ferentsvaroş"da top qovur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.