Ləman Ələşrəfqızının pulu kartına geri qaytarıldı - Kiberdələduz yaxalandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiberdələduzluğun qurbanı olan tanınmış jurnalist Ləman Ələşrəfqızının pulu kartına geri qaytarılıb.
Milli.Az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, 2 İyul - Polis Günündə Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətkarı saxlayıb.
"DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq.
Hələliksə, cənab nazir Vilayət Eyvazova, DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyevə və DİN-in bu işdə əməyi keçən bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. 2 iyul - Polis Günündə belə Azərbaycan polisi işinin başında olduğunu göstərdi və məni sevindirə bildi. Allah da onları sevindirsin", - jurnalist əlavə edib.
Qeyd edək ki, iyulun 1-də kibercinayətkar "Telegram" üzərindən Ümid Partiyasının sədri İqbal Ağazadənin adından istifadə edərək Ləman Ələşrəfqızından 600 manat məbləğində pulun kartına köçürülməsinə nail olub. Jurnalist pulu köçürdükdən sonra aldandığını başa düşüb və aidiyyəti üzrə müraciət edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
ATU-nin nümayəndə heyəti Ankara Universitetində işgüzar səfərdə olub - (Foto)
-
"4 aya İran üzərində qələbə qazandıq, ABŞ-nin əvvəlki müharibələri illərlə davam edib"
-
Yulian Naqelsmann istefa verdi
-
Ramanada şok torpaq fırıldaqçılığı: 11 nəfər hakim qarşısına çıxarılır
-
İbrahim Tatlısesin xəstəxanadan görüntüsü yayıldı - (Foto)
-
Vətənə xidmətlə keçən ömür: Polkovnik Höcət Vəliyev
-
Yaponiyada güclü zəlzələ oldu
-
Arvadı Netanyahunun üstünə qışqırdı - (Video)
-
Azərbaycan nefti ucuzlaşdı
-
Səfərbərlik Xidmətində 88 nəfərlə bağlı materiallar Baş Prokurorluğa göndərildi
-
Əli Xamenei ilə vida mərasimi başladı - (Foto-Video)
-
Bu gün Bakının 4 rayonunda su olmayacaq
-
Britaniyada “Maşa və Ayı"nın qadağan olunmasını istəyirlər
-
Ləman Ələşrəfqızının pulu kartına geri qaytarıldı - Kiberdələduz yaxalandı
-
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - (Foto)
-
Qızılın qiyməti 4200 dollar həddini keçdi
-
DÇ-2026: Daha bir 1/8 finalçı məlum oldu
-
Məşhur türk müğənni Nuri Sərinləndiricinin mahnısı ilə videosunu paylaşdı - (Video)
-
Azərbaycanda avro və rubl bahalaşdı
-
Masallıda ağır qəza: 2 ölü, 2 yaralı
-
Yenilənmiş 100 manat bu tarixdə tədavülə buraxılacaq
-
Hakim tiktoker Arzumun həbsi ilə bağlı açıqlama yaydı
-
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
-
Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək





